Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2015

İŞİD-in "paytaxt"ı əldən gedir

İŞİD-in terrorçularının paytaxtı elan etdiyi Rakka şəhərində gərginlik artır.

Rusiya döyüş təyyarələrinin Rakkaya qarşı hava hücumları təşkil etməsi “xilafət paytaxtında” həyatı iflic edib, əhali üçün həyat şəraiti çətinləşib. Buna baxmayaraq terrorçular şəhərdə nəzarəti əldə saxlamaq üçün daha ağır cəza üsullarına əl atıblar.

Terrorçular ilk növbədə yaşı 14-ü ötən bütün oğlan uşaqlarını “İslam polisi”nə cəlb edib. Əhaliyə elektrik və su gün ərzində yalnız bir neçə saat verilir. Sosial şəbəkələrdə yayılan fotoşəkillərdə Rakka küçələrində qalaq-qalaq zibil toplandığı aydın görünür.

Bununla bərabər təşkilat terrorçulara ödənilən maaşı da kəskin azaldıb. Məlumatlara görə, əvvəllər ayda 400 dollar alan döyüşçülər indi 50 dollar maaş alır.

Həkimlərin şəhərdən çıxışına qadağa qoyulub. Qadağanı pozanların isə bütün mülkü müsadirə edilir. Buna baxmayaraq sakinlərin kütləvi şəkildə paytaxtı tərk etdiyi bildirilir.

Hava hücumları terrorçuların neft istehsalına da ciddi təsir göstərib. Bu səbəbdən təşkilatın əldə etdiyi gəlirlər bir neçə dəfə azalıb.

Xatırladaq ki, Rakka şəhəri 2013-cü ilin martında terrorçular tərəfindən zəbt olunub. 2014-cü ilin yanvarında is “xilafətin paytaxtı” elan olunub./axar/
1449 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.