Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2015

Rusiya Suriyadakı 1 ayın hesabatını açıqladı

Bu gün Rusiyanın Suriyada hərbi əməliyyatlara - hava hücumlarına başlamasından 1 ay ötür.

Rusiya Baş Qərargah rəisi Andrey Kartapolov bir ayın hesabatını açıqlayıb.

Hesabata görə ötən bir ay ərzində rus hərbi təyyarələri tərəfindən 1391 uçuş həyata keçirilib, terrorçulara məxsus 1623 obyekt, 786 düşərgə, 249 rabitə və idarəetmə məntəqəsi, 35 zavod, 131 silah və yanacaq bazası məhv edilib.

Kartapolovun sözlərinə görə, Rusiyanın hərbi müdaxiləsindən sonra bir çox radikal təşkilatların üzvləri suriyalı müxaliflərə qoşulublar.

İŞİD və «Ən-Nüsra Cəbhəsi» isə ortaq fəaliyyət üçün bir araya gəlib.



466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP