Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2013

90 yaşında universitet diplomunu aldı

90 yaşlı britaniyalı Helen Xezerinqtona Mançestr Universitetinin diplomu təntənəli tədbirdə təqdim edilib.

Helen 70 il öncə Britaniyanın ən nüfuzlu universitetlərindən birində ticarət sahəsi üzrə təhsil alıb.

İkinci dünya savaşında ordunun ehtiyaclarını ödəmək üçün aviasiya zavodunda mühasib işləyib. 90 yaşlı qadın deyib ki, tələbə yoldaşları orduya yardım etdiklərindən bəzən mühazirədə bir nəfər olurmuş.

Müharibədən sonra Helen diplomunu almaq istəməyib. O, ərzaq dükanında işə düzəlib, ailə qurub.

İllər ötəndən sonra vəziyyət təkrarlanıb. Xezerinqtonun oğlu da diplomun təqdimetmə mərasimində iştirak edə bilməyib. Bundan 35 il sonra o, diplomunu almağın «vaxtının çatdığını» anlayıb.

Onun nəvəsi Reyçel də Mançestr Universitetində təhsil alıb. Diplomların verilməsi mərasiminə onlar bir gündə gedib. «Mən nənəmlə fəxr edirəm. Onunla bir gündə tədbirdə iştirak etdiyimə görə sevinirəm. Heç də hamı onun kimi hərəkət edə bilməzdi».
1658 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:02