Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2015

Sel Masallını bu hala saldı - Əhali icra orqanlarını günahlandırır (Fotolar)

Masallı rayon sakinləri ölkənin cənib bölgəsində baş verən sel fəlakətinə görə icra struktukturlarını günahlandırır.


Bu barədə Masallı rayon sakini Rüfət Baxışbəyli şikayət edib. O, son 20 ildə hər il bu vaxtlarda çayların daşaraq əhaliyə və dövlətə ziyan vurduğunu, icra strukturklarının isə heç bir addım atmadığını bildirib: “Masallı rayonunun Hacıtəpə kəndindən keçən Ağ Qobu çayı məcrasından çıxıb, evləri, əkin sahələrini və yolları basıb. 300 ildən yuxarıdır insanlar bu çayın o tay-bu tayında yaşayır. Son 20 ildə isə bu çay hər il beləcə daşır və xalqa ziyan vurur”.

R.Baxışbəyli kəndin su altında qalmasının səbəbini belə izah edib: “Qeyri-düzgün bəndləmə aparılması və icra strukturlarının etinasızlığı əhalini bədbəxt edir. Təbii yolla yaranmış çayları nə qədər o tərəf-bu tərəfə “dartışdırmaq” olar? Nə qədər qarşısını kəsmək olar? İnsanlara qarşı bu qədər etinasızlıq olmaz”.

Qeyd edək ki, oktyabrın 30-da Azərbaycanın Cənub bölgəsinin əksər rayonları təbii fəlakət zamanı sel sularının altında qalıb. Nəticədə isə rayonlara böyük ziyan dəyib.

Qeyd edək ki, yağışın rayonlar da sabah da davam edəcəyi proqnozlaşdırılır./AzNews/






407 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı