Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2015

Müasir elektronika müharibəsində 90% təfavüt! - ABŞ-Rusiya

Nur-az.com alalam.ir-a istinadən:
Defence-news yazır ki, Avropa Nato quru qoşunları baş komandiri Pin Xocis bildirib ki, Amerika Rusiyanın elektronika sahəsindəki yeni potensialını gözdən qaçırmayacaq. Hal-hazırda ruslar bu sahədə fövqəladə bacarıq kəsb ediblər və amerikalılara əks olaraq əməliyyat və müharibə meydanlarında düşmənin bütün rabitə qovşaqlarını dondurmağa qadirdirlər.
Həmçinin Amerikanın quru qoşunları üzrə rabitə korpusunun sabiq komandiri deyib ki, yaranan təfavüt bizim ruslarla ötən neçə on il ərzində müasir elektronika savaşında hər hansı ciddi qarşılaşmamağımızdan irəli gəlir. Odur ki, hal-hazırda bu böyük fərq aşkar müşahidə olunur. Biz hazırda sutka ərzində düşmənin bütün rabitə və əlaqələrini izləməyə qadir olduğumuz halda ruslara nisbətdə bu rabitələri qırmağa və ya dondurmağa dair potensial gücümüz 10%-dən də, aşağıdır.
New York Times yazır ki, burada Pentaqonu ciddi narahat edən rus dəniz donanmasının və hərbi sualtı gəmilərinin Amerikanın bütün dünya ilə rabitə saxladığı sualtı internet kabelləri və fiberobtik şəbəkələrinə yan almasıdır. Amerikanın bu təhlükəyə qarşı strateji hazırlığı çox güman ki, on il vaxt aparacaq. Amma bundan əvvəl Rusiya ilə Qərb arasında hər hansı ciddi qarşıdurmanın üz verəcəyi təqdirdə onların bu rabitə şəbəkələrinə zərbə ehtimalı nisbətən qəti görünür.
488 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:21