Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2015

Cəlilabadın bərbad yolları

Bura ölkənin hansısa bir ucqar kəndinin yolları deyil. Cəlilabad rayonunun mərkəzi, Mehdi Hüseyn küçəsidir. Fotoları göndərən rayon sakini bildirir ki, indi Cəlilabadın bütün yolları bu gündədir. Həm də o yolları ki, rayon icra başçısının da yolu o yaxın istiqamətlərdən keçir. Əhali arasında yolların bərpası üçün böyük pullar ayrıldığını hamı bilsə də, ortada nəticə yoxdur. Məktubda o da qeyd olunur ki, fotoşəkilləri görünən bu yolda 1100 şagirdin təhsil aldığı məktəb, Azərbaycan Müəllimlər Universiteti, Cəlilabad Mərkəzi Xəstəxanası, 30-a yaxın yaşayış binası, 300-dən çox məhəllə evləri və başqa obyektlər yerləşir. “Azadlıq” olaraq məsələni şərh vermədən sizin mühakimənizə buraxarıq. Onsuz da, fotolar hər şeyi deyir.


522 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı