Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2015

58 yaşlı qadını kəndirlə boğub öldürdülər - Ağdamda

Nur-az.com ans-ə istinadən bildirir ki, hadisə rayonun Ergi adlanan ərazisində, məcburi köçkünlər üçün salınan qəsəbədə baş verib. Əslən Ağdamın Güllücə kəndindən olan Südabə Bəşirova qonşuları tərəfindən məskunlaşdığı evində kəndirlə boğulmuş vəziyyətdə tapılıb. Yaxınlarının sözlərinə görə, Südabə Bəşirova qəsəbədə, 18 saylı evdə tək yaşayırmış.

"Biz içəri girmək istədik ki, baxaq. Polis dedi ki, girməyin özü ölməyib. Qəsdən öldürülmədir. Kəndirlə boğub öldürüblər. Pəncərəni açıblar, ayaq izləri hamısı orda idi", - deyə mərhumun bacısı oğlu Səbuhi Mehdiyev bildirib.

Meyit müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.

Yaxınları onun qarət məqsədiylə öldürüldüyünü güman edir. Hələlik evdən oğurluq olub-olmadığı bilinmir.
482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24