Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2013

Rusiya rəsmisi dünyanı nüvə silahı ilə hədələyib

Rusiya baş nazirinin müdafiə kompleksi üzrə müavini Dmitri Roqozin bildirib ki, ölkəsinə basqın ediləcəyi halda nüvə silahından istifadə edə bilərlər.

«BBC»-nin məlumatına görə, baş nazir deyib: «Nüvəsiz strateji silahları nə qədər istəsən sınaqdan çıxara bilərsən. Ancaq əgər bizə hücum edilərsə, o zaman biz mütləq nüvə silahının yardımından istifadə edəcəyik».

Roqozinin qənaətincə, məhz bu, Rusiyaya təcavüz ehtimalının qarşısını alır. Baş nazirin müavini ölkəsinə qarşı təcavüzün növünü və haradan gələ biləcəyinə aydınlıq gətirməyib.


«Biz imkanları bərabərləşdirən nüvə silahının rolunu heç vaxt azaltmamışıq»-deyə, o, Dövlət Dumasında «hökumət saatında» çıxışı zamanı bildirib.
1639 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19
Tramp: "Ruslar ç