Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2015

Pul qıtlığı hakimiyyəti parçalayır

Nurəddin Məmmədli: «Hakimiyyət tayfaçılıq prinsipi ilə formalaşdığından bir nəfərin həbsi ciddi təlatümlərə yol açır»

Hakimiyyət daxilində baş verənlər beynəlxalq medianın da diqqətindən qaçmayıb. ABŞ mediası Azərbaycanda seçkiqabağı vəziyyəti analiz edib. Beynəlxalq ekspertlər belə nəticəyə gəlib ki, neft pullarının kəskin azalması Azərbaycan hakimiyyəti daxilində ciddi gərginliyə səbəb olub. Onların fikrincə, Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən son olaylar da hakimiyyətdaxili gərginliyin nəticəsidir. Bu barədə ABŞ-ın “Bloomberg” agentliyi geniş analitik məqalə yayımlayıb.


Bəs hakimiyyətdaxilində baş verənlərin beynəlxalq mediada əksini tapması necə dəyərləndirilməlidir?

AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, xarici media bu barədə yazmasa belə hakimiyyət daxilində ciddi narazılığın olduğu göz önündədir. N.Məmmədlinin fikrincə, hakim komandanın zəif və peşəkar olmaması hər hansı təlatümlər baş verən zaman hakimiyyətdə mərkəzdən qaçma meilləri güclənir: “Hakimiyyət ölkəni dərinləşməkdə olan böhrandan çıxarmaq üçün zəruri olan heç bir addım ata bilməyib. Bu bir tərəfdən bacarıqsızlığın nəticəsidirsə, ikincisi uzn illər ərzində aparılan idarəçilik sisteminin yararsızlığındandır. Ona görə hakimiyyət maliyyə böhranını aradan qaldırmaq üçün ayrı-ayrı oliqarxların pulunu mənimsəməklə ölkədəki kapital çatışmamazlığını aradan qaldırmağa çalışırlar. Bu ölkədə baş verən prosesləri nizama salmaq baxımından kifayət qədər əhəmiyyətsizdir. Onu da qeyd etmək lazımdır ki, hazırkı hakimiyyət qohumluq, qudalıq prinsipinə arxalanaraq formalaşıb”.

N.Məmmədli bildirdi ki, hakimiyyət yalnız öz tayfalarından olanları iqtidarda yerləşdirib. Ona görə sistemdə olanlardan birinin həbsi ciddi təlatümlərə yol açır: “Bu cür proseslər, tendensiyalar bütün avtoritar rejimlərə xasdır. Amma Azərbaycan hakimiyyəti tayfaçılıq prinsipinə söykəndiyinə görə bu iqtidarda daha tez nəzərə çarpır. Ona görə gələcəkdə biz bunun ən ciddi nəticələrini müşahidə edəcəyik”.
581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...