Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2015

Kərəm Həsənovla bağlı SENSASİON iddialar

Komitə sədriylə Eldar Mahmudov hansı partiyada «ekstremal vəziyyətə hazır qruplar» hazırlayıb?

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla sabiq MTN şefi Eldar Mahmudov arasında əlaqələrin olduğu artıq təsdiqiqi tapıb. Mətbuatın yazdıqlarından belə agah olur ki, komitə sədri sabiq nazirlə həm biznes ortağı olub, həm də siyasi dairələrdə ciddi mövqelərin qurulmasını reallaşdırıb.

«Azinko Holdinq»də biznes şəriki olan tərəflərin iri özəlləşdirmələrdə şəxsi mənafeləri naminə işlər görməsi, komitə sədrinin qardaşı Malik Həsənovun deputat seçilməsi üçün ciddi cəhdlə çalışmaları, habelə Həsənovun qardaşı Şahin Həsənovun MTN-də şöbə rəisi təyin olunması üzdə olan məsələlərdəndir. Bundan başqa, komitə sədrinin DYP-də işləyən qudasının MTN-də mühüm Baş İdarələrdən birində rəis müavini təyinatı alması da inkar edilmir.

Lakin Kərəm Həsənovla Eldar Mahmudov arasında digər mübhəm ortaqlıqlar olub. Və həmin ortaqlıqlar hakimiyyət üçün heç də ürəkaçan cəhətləri ilə diqqəti çəkməyib.

- Kərəm Həsənovla Eldar Mahmudov hansı siyasi partiyanın funksionerlərindən birini öz tərəflərinə çəkib?

- Davud adlı şəxsin sözügedən partiyada əsas missiyası nədən ibarət olub?

- Onun maliyyələşdirilməsi, geniş imkanların yaradılması, habelə partiya üzvlərini ələ alması üçün pulları kim verib?

- 2009-cu ildə ƏMDK-də işə götürülən həmin şəxsin «ekstremal vəziyyətə hazır qruplar»a başçılıq etməsi nə anlamı daşıyıb?

- Davudun kimliyi açıqlandıqdan sonra Kərəm Həsənov ona hansı mühüm vəzifə tapşırıb?

- Komitə sədrinin «qara buxalteriyası»na kimlər nəzarət edir?

- «Ekstremal vəziyyətə hazır qruplar»a nəzarət qalırmı?/jam/
505 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı