Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2013

Dərbənddə azərbaycanlıların məscidini zibilliyə çeviriblər - Foto

Dərbənddə yaşayan həmyerlilərimiz həyəcan təbili çalır

Dağıstanın azərbaycanlılar yaşayan Dərbənd şəhərində şiə məscidi bərbad gündədir.

Məlumata görə, şəhərin Lenin küçəsi, 92 ünvanında yerləşən bu məscid Dərbənddə “Həmşəri məscidi” adlanır. Amma rəsmi şəkildə İmam Huseyn (ə) adına məscid kimi qeydiyyatdan keçib.

Soydaşlarımızın dediyinə görə, bu məscid Dağıstanda şiələrin ibadət etdiyi azsaylı məscidlərdən biridir. Şəhər meri İmam Yarəliyevə dəfələrlə müraciət edilib ki, məsciddə təmir işləri aparılsın. "Amma əksinə, o, qulaqardına vurub, Allah evini zibilliyə çevirib. Hal-hazırda bura dağınıq durumdadır, içəridə zibil əlindən tərpənmək mümkün deyil, Dərbənddəki azərbaycanlılar şiə təriqətlidirlər. Sanki qəsdən məscidin bu vəziyyətə düşməsini istəyirlər ki, sonra ümumiyyətlə söksünlər” deyə onlar bildirib./axar.az/


1717 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı