Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2015

Abgül Süleymanovun işini aparan müstəntiq həbs edildi

Noyabrın 1-də MTN-nin İstintaq İdarəsinin rəis müavini Vüsal Ələkbərov saxlanılıb. Məhkəmə hökmü ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, oktyabrın 17-də İ. Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov tutduğu vəzifəsən azad edilib. Bundan sonra MTN-nin bir sıra idarə rəisləri, onların müavinləri işdən çıxarılaraq həbs edilib. Məlumatlı mənbənin bildirdiyinə görə, üzümüzə gələn həftə MTN-də daha bir neçə sensasion həbslərin olacağı gözlənilir.

Ruhani hacı Abgül Süleymanovun istintaqının rəhbərliyini Vüsal Ələkbərov öz üzərinə götürmüşdü. O İstintaq İdarəsinin şöbələrindən birinin rəisi, polkovnik-leytenant rütbəsində idi./islamazeri/
500 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP