Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2015

Milli Şura: “Bu, ölkə tarixində ən rüsvayçı seçki oldu”

Milli Şura 1 noyabr parlament seçkisi ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir ki, “bu, ölkə tarixində ən rüsvayçı seçki oldu”.

Hələ seçkidən əvvəl onun azad və ədalətli keçməyəcəyinin bəlli olduğunu bildirən Milli Şura bu barədə dəfələrlə xəbərdar etdiyini xatırladıb: “Seçki komissiyaları bütövlükdə hakimiyyətin nəzarətində saxlanıldı və bu, Seçki Məcəlləsindəki bəzi müddəalarla birlikdə ədalətli rəqabət mühitini istisna edirdi.

Milli Şura bütün bunları nəzərə alaraq hakimiyyət qarşısında azad və ədalətli seçkiyə şərait yaradacaq bir neçə siyasi və hüquqi dəyişikliklər tələbi ilə çıxış etdi. Lakin hakimiyyət bu tələblərin heç birni yerinə yetirmək həvəsində görünmədi. Bu halda Milli Şura seçkiləri boykot etmək qərarı verdi”.

Seçki prosesinin kütləvi qanun pozuntusu şəraitində keçdiyini bildirən Milli Şuranın bəyanatında deyilir ki, qeydə alınmış müstəqil namizədlərin 40%-dən artığı (500 nəfərdən çox) seçkidə iştirakdan imtina etdi: “Bu, yetərincə böyük rəqəmdir. Milli Şuranın müşahidələrinə görə, bu seçkilərdə seçici fəallığı təqribən 10 faizin ətrafında oldu”./faktxeber/
472 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı