Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2015

Yevlaxda vətəndaş zülm altında

Əhali icra başçısı Qoca Səmədovun zülmündən bezib

Yevlax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Qoca Səmədovun fəaliyyətindəki çatışmazlıqlar, həmçinin əhalinin məruz qaldığı məmur özbaşınalıqları haqda bu günə qədər çox danışılıb.

Müxtəlif mətbuat orqanlarında vaxtaşırı tənqid hədəfinə tuş gələn məmur işindəki nöqsanları aradan qaldırıb müsbət işlərə imza atmaq əvəzinə özbaşına əməllərini sıralamaqla məşğuldur. Bildirmək istəyirik ki, Yevlax rayonu 1935-ci ilin fevral ayında təşkil edilib. Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəd olan Yevlax 1 şəhər, 1 şəhər tipli qəsəbə və 48 kənddən ibarətdir. Nə qədər qəribə səslənsə də, 2011-ci ildən rayonda durğunluq dövrü başlayıb.
Daha dəqiq desək, rayonun sosial-iqtisadi inkişafının qarşısına sanki beton sədd çəkilib. Bu barədə redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, Qoca Səmədovun Yevlax İcra Hakimiyyətinə başçı təyin edilməsi rayonda bir sıra problemlərin meydana gəlməsi ilə nəticələnib. Bununla bağlı bilgiləri qeyd etməmişdən öncə diqqətinizə çatdıraq ki, Qoca Səmədov əslən yevlaxlıdır. Əmək fəaliyyətinə 1982-ci ildə Şəki şəhəri ipək kombinatında sahə ustası kimi başlayan məmur 1996-cı ildə «Azərittifaq»ın Yevlax tədarük bazasında tədarükçü, 1996-2004-cü illərdə “Qafqaz” Kooperativinin sədri işləyib. 2006-2011-ci illərdə isə Yevlax RİH-də icra başçısının müavini çalışıb. Mənbənin məlumatında qeyd olunur ki, icra başçısı vəzifəyə yenicə təyin edildiyi vaxtlarda yevlaxlılara böyük vədlər verib və onlara xoş güzəran yaşadacağını bildirib: «Amma başçının dedikləri yalnız quru söz olaraq qalıb. Çünki üç ildir camaat problemsiz yaşayışın nə olduğunu bilmir. Yevlaxın 48 kəndinin hamısının yolları bərbad vəziyyətdədir. Sakinlər əziyyət çəkir. Qonşu rayonlara gedəndə adam aparılan quruculuq işlərinə, inkişafa baxıb heyran qalır. Yevlax isə bu məsələdə çox geridə qalıb.

Rayonun inkişafı üçün dövlət tərəfindən kifayət qədər maddi və mənəvi dəstək göstərilir. Di gəl ki, Qoca müəllim büdcədən ayrılan vəsaitləri təyinatı üzrə xərcləmir. İcra başçısı yol kənarında yerləşən əlverişli torpaq sahələrini satıb. Hətta Xaldan kəndində yol kənarında 40 ildən çoxdur Bakı və digər istiqamətlərə sərnişin yola salınması üçün nəzərdə tutulan dayanacaq yeri də satıldı. Vətəndaşların etirazına baxmayaraq, dayanacağın yerində obyekt tikildi».
Məlumata görə, Quşçu kəndinin örüş torpaqları da qanunsuz olaraq satılıb: «Kənd sakinləri etiraz edib Bakı-Balakən yolunu kəssələr də, heç bir xeyri olmadı. Heç kim icra başçısının qəbul etdiyi qərarı dəyişə bilməz. Başçının sözü yerli idarə və müəssisə rəhbərlərinin çoxu üçün qanundur. Rayonun mərkəzində, eləcə də kəndlərdə fəaliyyət göstərən obyektlərin sahibləri hər ay başçıya «hörmət» edirlər. Bu azmış kimi, başçı mərkəzi küçələrin təmir-bərpa işlərini, binaların fasadının yenilənməsini və yollara asfalt vurulmasını yerli sahibkarlara gördürür».

Məlumatda diqqət çəkən məqamlardan biri də Yevlaxda yüngül həyat tərzi keçirən qadınlara xidmət göstərən obyektlərin çoxluğu ilə bağlıdır. Mənbənin sözlərinə görə, Qoca Səmədovun icra başçısı vəzifəsinə gəlişindən sonra rayon ərazisində əxlaqsızlıq yuvalarının sayı xeyli artıb. Hətta vəziyyət o yerə çatıb ki, ətraf bölgələrdən olan qədim peşə sahibləri Yevlaxda özlərinə rahat iş yeri tapıblar: «Əxlaqsızlıq yuvaları açıq-aşkar fəaliyyət göstərir. Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları çirkab yuvalarını bağlaya bilmir. Ona görə ki, həmin obyektlərin sahibləri hər ay lazım olan şəxsə haqq verir»./ideologiya/
456 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56