Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2015

Ərdoğanın iqamətgahı qarşısında atışma: Yaralananlar var

Türkiyə prezidentinin İstanbuldakı Huber iqamətgahının qarşısında atışma olub.

Report-un məlumatına görə, 20 yaşlı gənc iqamətgaha girməkdə israr edib. Polis ona icazə verməyib. Onların aralarında qarşıdurma yaranıb. Bu qarışıqlıqda gənc asayış keşikçisinin tapançasını götürüb, polisə atəş açaraq, onu yaralayıb. Sonra tapançanı başına sıxarq, özünü öldürmək istəyib, ancaq ona mane olublar. Nəticədə gənc yaralanıb.

Hadisə baş verən vaxt ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan iqamətgahda olmayıb.

Qeyd edək ki, prezidentin Huber iqamətgahı İstanbulun Sarıyeri rayonunun Tarabya hissəsində yerləşir.
407 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı