Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2015

Bu il 64 hərbi qulluqçumuz dünyasını dəyişib

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute) Azərbaycanın kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərində apardığı monitorinqin nəticələrinə görə, 2015-ci ilin ötən 10 ayı ərzində Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 64 hərbi qulluqçu dünyasını dəyişib.

İnstitutdan verilən məlumata görə, onlardan 31-i döyüş (28-i erməni gülləsi, 3 nəfəri mina partlayışı), 33 nəfəri isə qeyri-döyüş itkiləridir. Belə ki, 8 nəfər intihar edib, 8 nəfər qeyri-nizamnamə hadisəsi (bir-birini güllələmə), 5 nəfər avtoqəza nəticəsində, 3 nəfər ehtiyatsızlıqdan, 2 nəfər qar uçqunundan, 2 nəfər günvurmadan, bir nəfər naməlum səbəbdən, 4 nəfərsə xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin 57-si Müdafiə Nazirliyinin, 3-ü Dövlət Sərhəd Xidmətinin, 2-si Fövqəladə Hallar Nazirliyinin və 2-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.

Ötən dövrdə 17 hərbi qulluqçumuz bu və digər səbəblərdən yaralanıb və ya xəsarət alıb. 11 hərbi qulluqçu erməni gülləsindən, iki nəfər avtomobil qəzasından, bir nəfər mina partlayışından, bir nəfər qeyri nizamnamə hadisələrindən, bir nəfər intihar cəhdindən, başqa bir nəfərsə bədbəxt hadisə nəticəsində yaralanıb və ya xəsarət alıb. Yaralananların biri Fövqəladə Hallar Nazirliyinə, digərləri isə Müdafiə Nazirliyinə aid olan bu və digər hərbi hissələrdə xidmət edirlər.


Xəzər Hərbi Tədqiqatlar İnstitutu Azərbaycanın Müdafiə Təhlükəsizlik sektorunda baş verən itkilərin sayının reallıqda artıq ola biləcəyini istisna etmir.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu 2014-cü ildə Almaniyada yaradılıb. Qurumun məqsədi Xəzər hövzəsi ölkələrində, eyni zamanda Ermənistan və Gürcüstanda müdafiə və təhlükəsizlik sektorunda baş verən prosesləri təhlil etmək, strateji proqnozlar hazırlamaqdan ibarətdir.
439 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı