Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2015

Vəkildən MTN-ə ağır ittihamlar

Tanınmış vəkil Aslan İsmayılov MTN-ə qarşı ağır ittihamlar səsləndirib. Vəkilin özünün Facebook səhifəsində yazır:

“Çox gözəl bir deyim var: “Yarım hamiləlik olmur”. “MTN işi” ilə bağlı yayılan məlumatlar, bildiklərimiz onu göstərir ki, çoxlu sayda insanlar heç bir günahı olmadan MTN işçiləri tərəfindən şərlənib, haqlarında qurama işlər düzəldərək külli iqdarda rüşvətlər alınıb. Sonra isə saxta cinayət işləri prokurorlar tərəfindən təsdiqlənərək məhkəmələrə göndərilib və yenə də rüşvət müqabilində haqlarında şərti cəza olmaqla ittihamedici hökm çıxarılıb. İndi MTN-in vəzifəli şəxsləri, müstəntiqləri həbs olunur və olunmalıdırlar. Maraqlı olan odur ki, həmin qanunsuz, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər barədə, ittiham aktını təsdiq edən Baş Prokurorun birinci müavini Rüstəm Usubov “MTN işi” üzrə istintaq qrupunun rəhbəridir.

Əgər doğrudan da ədalətli araşdırma gedirsə MTN-də istintaqa nəzarət edən, həmin saxta ittiham aktlarını təsdiq edən prokurorlar və qanunsuz hökm çıxaran hakimlər də həbs olunmalıdırlar. Hamı bilir ki, ən azından hakimlər aldıqları rüşvətləri ittihamı müdafiə edən prokurorlarla bölüşürlər. Bu gedişatla ancaq MTN əməkdaşları həbs olunacaqlarsa deməli Azərbaycan ədalət sistemində yenə yarım hamiləlik olur”.
544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:57