Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2015

Hələbdə İŞİD-in silah-sursat anbarları məhv edildi

Suriya aviasiyası silahlıların ölkənin şimalındakı Hələb əyalətində yerləşən mövqelərinə zərbələr endirməkdə davam edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə brifinqdə jurnalistlərə Suriya ordusunun nümayəndəsi briqada generalı Əli Məyhub bildirib.

“Suriya aviasiyası Deyr-Xafr, Əl Maduniya, Ümm Arkila qəsəbələri yaxınlığında terrorçuların silah-sursat anbarlarını məhv edib. Həmçinin terrorçuların Əl-Əmiriyə, Ramus, Kərəm Maysardakı komanda məntəqələri məhv edilib”, deyə general qeyd edib.

Suriya aviasiyası həmçinin Maarat Əl Artik, Süsən, Xazvan, At-Taiba, Taduf, Rəsm Əl Əbd və Zanura qəsəbələrində çoxlu sayda terrorçu məhv edib.
498 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.03.17, 09:32
Kadırov Suriyaya gedir