Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2015

ABŞ generalı: “Amerikanı yalnız Rusiya məhv edə bilər”

ABŞ-ı məhv edə biləcək yeganə ölkə Rusiyadır. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu sözləri ABŞ Quru Qoşunlar qərargahının rəisi general Mark Milli deyib.

Məlumata görə, təhlükəsizlik məsələlərinə həsr olunan konfrans zamanı aparıcı generaldan ABŞ üçün əsas təhlükələr barədə məlumat verməsini xahiş edib. Qeyd edək ki, aparıcı İŞİD və Rusiyanın ABŞ üçün təhlükə yaratdığını da bildirib.

“Mən Rusiyanı ABŞ üçün bir nömrəli təhlükə hesab edirəm. ABŞ-ı məhv edə biləcək yeganə ölkə varsa, o da Rusiyadır. Başqa ölkələrdə nüvə silah var, lakin Rusiyada olduğu qədər yoxdur. Ruslarda bunu etmək üçün imkanlar və nüvə silahı var”, deyə general Milli qeyd edib.

O qeyd edib ki, “tək imkanların olması azdır, onlar niyyətlə tamamlanmalıdır, bizim isə onların niyyəti barədə məlumatımız yoxdur”./apa/
708 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP