Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2015

Son on ildə 700 jurnalist öldürülüb

Son 10 ildə dünyada 700-dən artıq jurnalist öldürülüb. BMT baş katibi Pan Gi Mun bildirib ки, оnlar münaqişələrin və sifarişli qətllərin qurbanı olublar. Jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığın dayandırılması Beynəlxalq Günü ilə bağlı baş katib belə cəzasızlığa son qoyulmasına və KİV əməkdaşlarının həqiqəti söyləməsi hüququnu təmin eləməyə çağırıb.

“Onların çoxu silahlı konfliktləri qəhrəmancasına işıqlandırarkən həlak olub. Ancaq çoxlarını məqsədyönlü şəkildə həqiqəti söyləmək cəhdlərinə görə susmağa məcbur ediblər”, - deyə təşkilat rəhbərinin yazılı bəyanatında qeyd olunur. Onun sözlərinə görə, 10 belə cinayətdən yalnız biri açılır.

Pan Gi Mun vurğulayıb: “Belə cəzasızlıq jurnalistlərdə xof yaradır və hökumətlərə senzuranı davam etdirməyə imkan verir. Bununla belə, jurnalistlər öz həyatlarına görə özünüsenzura ilə məşğul olmamalıdırlar”.
414 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP