Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2015

Ruisya İŞİD və Nüsrə hədəflərini məhv etdi

Rusiyaya məxsus döyüş təyyarələri son iki gündə Suriyada 131 əməliyyat keçirib. Nəticədə İŞİD və Nüsrə Cəbhəsinə məxsus 237 hədəf məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, əməliyyatlar Həma, Latakiya, Dəməşq, Hələb və Rakka şəhərlərində təşkil olunub:

“Latakiyada Nüsrə Cəbhəsinə məxsus silah anbarını məhv etdik. Bu anbar Suriya ordusunun radio əlaqəsinə mane olurdu. Ayrıca, Hələbdə İŞİD-ə məxsus təlim mərkəzi məhv edilib”.

Konaşenkov Rusiya reaktivlərinin xəstəxanaları dağıtması ilə bağlı yayılan məlumatları da təkzib edib:

“Hədəfə aldığımız altı xəstəxanadan beşi fəaliyyət göstərmir. Bu barədə deyilənlər həqiqəti əks etdirmir”.
594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.18, 08:56
ABŞ-da növbəti atışma
22.05.18, 08:58
Naxçıvan silkələndi
Go to TOP