Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2015

Yəməndə hansı vilayətlər Ənsarullah cəbhəsinin və hansıları əksinqilabın ixtiyarındadır?

Nur-az.com farsnews.com-a istinadən:
Bu ilin əvvəlindən etibarən Yəmən Ərəbistanın təşkil etdiyi müttəfiqləri tərəfindən hərtərəfli təcavüzə məruz qalıb və indiyədək bu ölkənin 6000-dən çox əhalisi qətliam edilib. Hal-hazırda bu ölkə, o cümlədən, əsl mənada xalqın müdafiəsinə qalxan Ənsarullah cəbhəsi Ərəbistanın təşkil etdiyi koalisiya, eləcə də, əl-Qaidə və İŞİD terrorist ünsürləri tərəfindən ciddi təhdid olunur.
Neçə il əvvəl regionda baş verən İslam dirçəlişi və oyanışına qoşulan Yəmən xalqı da, başında uzun illər diktatorluq edən Əli Abdullah Salehin rejimini devirmək üçün ayağa qalxdığı zaman Amerika və Ərəbistan araya girərək hakimiyyəti müvəqqəti olaraq onun müavini Mənsur Hadiyə həvalə etdilər. Neçə aydan sonra yeni hakimiyyət köhnə idarə üsulunu (Ərəbistana tabeliyi) tərk edə bilməyib, inqilabi hərəkatın məqsədlərilə toqquşduqda, xalq yenidən ayağa qalxaraq keçən ilin yayında bu səddi tamamilə devirdi və nəhayət, həmin ilin qışı Mənsur Hadi istefa verərək paytaxt Sənadan Ədənə qaçdı.
Bundan sonra daxildə partiyalar və inqilabi komitələr paytaxtın ixtiyarını öz əllərinə alaraq digər vilayətlərdəki əksinqilab və terrorist qrupları ilə mübarizəyə başladılar və tez bir zamanda bir çox əraziləri həmin ünsürlərdən təmizlədilər. Yaranan vəziyyət 50 il Yəmənin üzərində ağalıq edən Ərəbistana qətiyyən xoş görünmədi və var qüvvəsilə bu ölkəyə hücum çəkdi. Bunun nəticəsində və eləcə də, Məsqət razılaşmasından sonra Ənsarullah cəbhəsinin qüvvələri və dövlət qoşunları neçə vilayəti tamamilə itirdilər, o cümlədən, Ədəndən, Ləhicin şimal və mərkəzindən, Təizin cənub və cənub-şərqindən, Əbeynin 90%-dən, Şəbvənin qərb və Məaribin şərqindən geri çəkilməli oldular.
Hansı vilayətlər Ənsarullahın ixtiyarındadır?
Hal-hazırda Yəmənin 22 vilayətindən 9-u tamamilə Ənsarullah və dövlət qoşunlarının ixtiyarındadır. Bura Sədə, Əmran, əl-Hudəydə, Səna, Həccə, əl-Məhvit, Reymə, Zəmar və İbb daxildir. Qalan vilayətlərə gəldikdə isə Təiz və Beyzadan 85%-i, əl-Cufun 70%-i, Məaribin 50%-i, Ləhicin 20%-i, Zalein 15%-i, Əbeynin 10%-i, Şəbvənin isə 5%-i onlara tabedir.
Amma Həzrəmut vilayətinin 60%-i isə istefa vermiş prezidentin tərəfdarlarının və eləcə də, əl-Qaidənin əlindədir. Qalan 40%-i isə biyaban və səhralıqdan ibarətdir. Hal-hazırda bu vilayətin mərkəzi və cənub-qərbində adı çəkilən qruplar arasında ara-sıra döyüşlər gedir ki, hələ ki, Amerikanın təşkil etdiyi koalisiyanın qoşunlarının bu ərazilərdəki terrorist ünsürlərin mövqelərinə heç bir hücum və ya zərbəsi müşahidə olunmur.
Əl-Muhrə vilayətinin yarısı, həmçinin, Ədənin 70%-i Mənsur Hadinin tərəfdarlarının ixtiyarındadır və qalan ərazilərə isə əl-Qaidə və İŞİD rəhbərlik edir.
Hazırda Təizin şərqində, Beyzanın cənubu və qərbində, Məaribdə, Şəbvənin qərbində və Reyhanda Ənsarullahla (dövlət qoşunları ilə bərabər) İŞİD və əl-Qaidə qüvvələri arasında ara-sıra döyüşlər davam edir.
389 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01