Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2015

İslam Cihadı Cəbhəsi “Balfor müqaviləsi”nə bənzər yeni təxribat barədə xəbərdarlıq edib!

Nur-az.com farsnews.com-a istinadən:
Fələstin İslam Cihadı Cəbhəsi bu ölkənin tarixində qara ləkə sayılan 2 noyabr Balfor müqaviləsinin ildönümü münasibətilə “üçüncü inqilabi dirçəliş”in qarşısını ala biləcək digər buna bənzər təhlükə barədə bəyanat yayıb. Dünən yayılan bu bəyanatda İCC-si üçüncü inqilabi dirçəlişi məqsəddən yayındıra biləcək hər hansı yeni saziş barədə xalqa ciddi xəbərdarlıq edib. Bəyanatda bildirilir ki, tariximizə yazılan bu nəhs yazı beynəlxalq səviyyədə sionist rejimin Fələstin ərazilərində xalqımızın başına gətirdiyi hər hansı amansızlığa bəraət qazandırmaqdan başqa bir şey verməyib. Qərb və sionizmin mənafeyini təmin edən o zaman İngiltərənin xarici işlər naziri Artur Ceymz Balfor tərəfindən yəhudilərə verilən bu haqsız manifestin tarixindən 98 il keçir. O vaxtdan başlayaraq sionist qrupların Fələstin ərazilərinə təcavüz və amansızlıqlarının ardı kəsilmir. Amma onun qarşısında duran cihad və müqavimət cəbhəsi bütün ərazilərimizin azadlığına qədər öz məqsədindən dönməyəcək. Üçüncü inqilabi dirçəlişimiz bu gün 33-cü gününü yaşayır və indiyədək bu yolda 74 şəhid verib, 2250 yaralıya məruz qalmışıq...
2 noyabr 1917-ci ildə İngiltərənin xarici işlər naziri Artur Ceymz Balfor tərəfindən İngiltərə Nümayəndələr Palatasının yəhudi mənşəli üzvü Volter Rutşildə təqdim edilən manifestdə İngiltərənin Fələstin ərazilərində yəhudilər üçün milli yurdun təşkilinə dair razılığı qeyd edilir ki, bu da, beynəlxalq səviyyədə İsrail rejiminin təsisinin təməli kimi tarixə düşüb.
417 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber