Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2013

Duma hicab məsəlsəini müzakirə edəcək

Rusiya Dövlət Duması bütün məktəblərdə hicaba yaşıl işıq yandıran qanun layihəsini müzakirə edir

Rusiya Dövlət Dumasının təhsil komitəsi iki məktəbli forması barəsində qanun layihəsini müzakirə edib və bütün regionlarda məktəbli geyimi ilə bağlı yerli orqanların qərar verməsinə icazə verən qanun layihəsini Dövlət Dumasının müzakirəsinə çıxarmaq barədə qərar qəbul edib, - “İnterfaks”.

Ümumrusiya Xalq Məclisindən olan deputat Olqa Timofeyovanın təklif etdiyi qanun layihəsinə görə, regionlarda vahid məktəbli formasını müəyyənləşdirmək yerli bələdiyyələrə həvalə olunacaq. Bununla yanaşı qanun layihəsi əsasında regionlara yalnız ümumi tövsiyələr vermək təklif olunur. Yəni, ümumilikdə məktəbli formasının yerlər üzrə şəraiti nəzərə alaraq tətbiq edilməsi təklif edilir.

“Məktəblərin özlərinə məktəbli formasının ümumi formasını müəyyən etmək həvalə olunmalıdır. Bu və ya digər yerlərdə şəraiti nəzərə alaraq məktəblərin məsləhətçilərinə, valideyinlər şurasına da tövsiyələr verməsi üçün imkanlar yaradılmalıdır”, - deyə Dumanın təhsil komitəsinin üzvü Qriqori Balxin bildirib.

Deputat Oleq Smolin isə bildirib ki, qanun layihəsinin bu formada qəbul olunması artıq bəzi regionlarda yaşanmış hicabla bağlı problemləri tam şəkildə həll edəcək.
1649 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber