Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2015

2 azyaşlının anası canına qıydı

Ağdamda intihar hadisəsi qeydə alınıb. 22 yaşlı qadın özünü asıb.

Ağdam Rayon Prokurorluğundan verilən məlumata görə, Bərdə rayonunda anadan olmuş, rayonun məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində yaşayan 1993-cü il təvəllüdlü Günay Abbasəli qızı Məhərrəmova özünü yaşadığı evin həyətindəki tövlədən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkarlayaraq bu haqda hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

İntihar edən qadının iki azyaşlı övladı var.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sentyabr ayının 5-də də Gəncədə intihar hadisəsi baş verib. Şəhərin Gülüstan qəsəbə sakini 1975-ci il təvəllüdlü Cəmilə Əhməd qızı Əkbərova yaşadığı evdə özünü asıb.

Özünü öldürən 40 yaşlı qadının 3 azyaşlı övladı olub./ans/
395 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP