Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2015

Azərbaycanın "ömrürlük" deputatları - siyahı

Deputat seçilənlərin arasında həyatının 20, 25 ilini parlamentə həsr edən mandat sahibləri var. Hələ Azərbaycan keçmiş SSRİ-nin tərkibindəykən, 1991-cı ildə çağırılan keçmiş Ali Sovetin sessiyasından ta 2015-ci il 1 noyabr tarixindəki seçkilərədək həmişə qalib elan edilmiş parlamentarilər də var. 10 saylı Binəqədi üçüncü seçki dairəsindən mandat qazanmış Madər Musayev bu il 6-cı dəfə parlamentə seçildi. O, 1991-ci ildən bəri deputatdır.

Müstəqil Azərbaycan Respublikasında I çağırış Milli Məclisə seçkilər 1995-ci ilin 12 noyabrında keçirilib. 2015-ci il 1 noyabr tarixində isə V çağırış Milli Məclis seçkiləri keçirildi. Bu seçkilərin hamısında iştirak etmiş və həmişə də mandat qazanmış (saxtakarlıqla) deputatlar kimlərdir?/modern/

Ömrünün 20 ilini Azərbaycan Respublikasının qanunvericilik orqanında (boş-boşuna) keçirən bəzi deputatlar bundan sonra daha 5 il Milli Məclisdə çalışacaqlar. Bunlar aşağıdakı şəxslərdir:

1 saylı Şərur-Sədərək seçki dairəsi – Vasif Talıbov
2 saylı Şərur seçki dairəsi – İsa Həbibbəyli
4 saylı Naxçıvan şəhər seçki dairəsi – Eldar İbrahimov
23 saylı Nəsimi-Səbail seçki dairəsi – Ziyad Səmədzadə
50 saylı Abşeron-Qobustan seçki dairəsi – Zeynəb Xanlarova
60 saylı Salyan-Neftçala seçki dairəsi – Fəzail Ağamalı
61 saylı Neftçala seçki dairəsi – Arif Rəhimzadə
66 saylı Biləsuvar seçki dairəsi – Xanhüseyn Kazımlı
74 saylı Lənkəran kənd seçki dairəsi – Hadı Rəcəbli
76 saylı Lənkəran-Astara seçki dairəsi – Ziyafət Əsgərov
116 saylı Qəbələ seçki dairəsi – Fəttah Heydərov
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi – İmamverdi İsmayılov

Bu siyahıya Siyavuş Novruzovu da əlavə etmək olar...
1282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:14</