Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2013

1 ay əvvəl itkin düşən şəxsin çürümüş meyiti tapılıb

Azərbaycanda 1 ay əvvəl itkin düşən şəxsin çürümüş və heyvanlar tərəfindən parçalanmış meyiti tapılıb
Xaçmaz rayonunda 1 ay əvvəl itkin düşən 62 yaşlı kişinin çürümüş və heyvanlar tərəfindən parçalanmış meyiti aşkarlanıb.

Apa-nın şimal bürosunun verdiyi məlumata görə, onun meyiti Xudatda meşə massivində tapılıb.

Xaçmaz rayonu, Xudat şəhəri, Vaqif küçəsi 24, mənzil 4-də yaşayan, 1951-ci il təvəllüdlü Ramazanov Sabir Qiyasəddin oğlu noyabrın 10-da evdən çıxıb, bir daha geri qayıtmayıb. Qohumlarının verdiyi məlumata görə, o yaddaş pozğunluğunda əziyyət çəkib.
1670 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP