Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2015

Toy etməyə hazırlaşan 45 gəncdə HİV, 161 nəfərdə isə sifilis tapılıb

"Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası"na uyğun olaraq iyunun 1-dən bu günə kimi nikaha daxil olmaq istəyən 63 800 nəfər tibbi müayinədən keçib".

Bu barədə "Report"a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərin 4 213 nəfərinin talassemiya daşıyıcısı olduğu aşkarlanıb: "Onların özlərinə də məlumat verilib. Hətta onların arasında evlənməyənlər də olub. Müalicələrin nəticələri həmin şəxslərin qeydiyyatda olduğu tibb müəssisələrinə göndərilir. Eyni zamanda, müayinə aparıldığı gündən bu yana 32 cütlükdə, yəni cütlüyün hər ikisində də talassemiya olduğu məlum olub".

İnstitut direktoru onu da vurğulayıb ki, son beş ayda 45 nəfərdə İİV infeksiyası, 161 nəfərdə isə sifilis qeydə alınıb: "İİV infeksiyası ilə bağlı məlumatlar Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərilib. Çünki həmin şəxslər təkrar müayinədən keçməlidir. Buna səbəb bizim yoxlamaların ilkin addım olmasıdır".
328 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:48
Artıq xərçə