Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2015

MTN-də saxlanan Arif Yunusun səhhəti ağırlaşıb

Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan tarixçi alim Arif Yunusun səhhəti ağırlaşıb.

Vəkil Elçin Sadıqov “Amerikanın Səsi”nə deyib ki, Arif Yunus noyabrın 3-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

“O, 3-cü dərəcəli hipertoniya xəstəliyindən əziyyət çəkir. Almaniyalı həkimi Kristian Vittin tələbi ilə müalicə müəssisəsinə köçürülüb. Hazırda təzyiqi 200-dən aşağı enmir”, - deyə vəkil qeyd edib.

Arif Yunus 2014-cü il avqustun 5-də həbs edilib. Bundan öncə onun həyat yoldaşı, hüquq müdafiəçisi Leyla Yunus saxlanıb. Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunublar. Sonradan onlara qarşı iqtisadi ittihamlar irəli sürülüb, dövlətə xəyanət ittihamı icraya yönəldilib.

Leyla Yunus 8,5, Arif Yunus 7 il həbsə məhkum edilib.
417 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:15