Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2015

Borca görə intihar cəhdi

Şəkidə bir uşaq anası intihara cəhd edib. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, noyabrın 4-ü Şəki şəhər sakini 1972-ci il təvəllüdlü Aytən Zaur qızı Mahmudova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, bir uşaq anası olan 43 yaşlı Aytən Mahmudova intihar etmək məqsədi ilə bir-neçə müxtəlif adda dərman həbi qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Aytən Mahmudovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumatda qadının böyük məbləğdə borcu olduğu üçün intihara cəhd etmək istədiyi və hadisə ilə bağlı araşdırmanın aparıldığı bildirilir./apa/
334 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP