Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2015

Rusiya Suriyada 4-cü hərbi bazasını yaratdı

Bir çox dövlətlər Rusiyanı ancaq “mülayim” müxalifətə qarşı mübarizə aparmaqda günahlandırırdı. Suriyadan gələn son xəbərlər isə Moskvanın yaxınlarda İŞİD-ə qarşı ciddi hərbi əməliyyata başlayacağından xəbər verir.

İndiyə qədər İŞİD-in əlində olan Palmira yaxınlıqlarında Rusiya öz hərbi bazasını qurub. Xəbəri “nbcnews” telekanalı yayıb.

Telekanal xəbər verir ki, bu, Rusiyanın Suriyada qurduğu 4-cü hərbi bazasıdır. İlk bazasını Lazkiyədə quran Rusiya daha sonra Xama və Xümsdə də öz hərbi obyektini yaratmışdı.

Palmiranın yaxınlığındakı Tiyasda qurulan 4-cü hərbi bazaya 5 döyüş vertalyotu gətirilib. Məqsəd İŞİD hədəflərini daha rahat vurmaqdır.
403 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...