Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2013

Cib telefonları sümük əriməsi yaradır

Bu hal daha çox qadınlarda baş verir. Araşdırmalara əsasən, 45 yaşdan sonra qadınların 75%-i bu cür situasiya ilə rastlaşırlar. Xəstəliyin əlamətləri baş ağrısı, qulaqlarda küy, diqqət zəifliyi, yorğunluq və hərarət kimi sindromlarla müşahidə olunur. Onu da qeyd edək ki, mobil telefondan mütəmadi istifadə sümük əriməsi ilə yanaşı xərçəng xəstəliyi, görmə qabiliyyətinin zəifləməsi, qulağın kar olması və nəhayət, cinsi zəifliyin də meydana gəlməsinə birbaşa zəmin yaradır. Cib telefonlarının yaratdığı radiasiya isə uşaqların beyni üçün çox zərərlidir. Bu onlarda tez-tez huşunu itirmək halları ilə müşahidə olunur. Hər halda cib telefonları bizə nə qədər zərərli olsa da, onların həyatımızın ayrılmaz bir hissəsi olması da danılmaz faktdır. Odur ki, mütəxəssislərin də məsləhət gördüyü kimi, nə qədər ki bu balaca cihazları cibimizdə və ya sinəmizdə gəzdirmərik, o qədər də sağlamlığımıza ziyan vurmamış olarıq.
1739 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber