Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2015

Tale Bağırzadədən nəyin qisasını alırlar?

İlahiyyatçıya qarşı fiziki zorakılıq hakimiyyətin mahiyyətini ifadə edir

Bu hakimiyyətin azad sözə, haqq-ədalətə, vicdanlı insanlara qarşı nə qədər aqressiv olduğu məlumdur. Faktiki olaraq hakimiyyət ləyaqətini qoruyan, tənqidi fikir səsləndirən, yalanlara boyun əyməyən adamlara nifrət edir və belələrini ən kobud vasitələrlə sıradan çıxarmağa çalışır. Bu gün həbsxanada 100-ə yaxın siyasi məhbusun olması da hakimiyyətin bu xislətinin nəticəsidir.


Ötən gün yayılan bir xəbər də təsdiqlədi ki, hakimiyyət cəmiyyəti zorakılğa sürükləyir və ən iyrənc addımlardan belə çəkinmir. Belə ki, ilahiyyatçı alim Tale Bağırzadə ötən gün Yasamal Rayon Baş Polis Idarəsinə dəvət edilib və rəis Isfəndiyar Mehbalıyevin fiziki zorakılığına məruz qalıb. Baş verənlərlə bağlı Tale Bağırzadə öz “facebook” səhifəsində geniş məlumat verib. Qısası budur ki, Tale Bağırzadə əsr namazını qılmaq istəyib və Mehbalıyev də qoçularının köməkliyi ilə onun çənəsinə bir neçə zərbə endirib.

Xatırladaq ki, Tale Bağırzadə əvvəlcə qondarma ittihamlarla həbs olundu. Daha sonra hakimiyyət nə qədər cəhd etsə də əfv ərizəsi yazmadı. Onu sındıra bilmədilər və həbsdən çıxdıqdan sonra da eyni templə davam etdi. Yenə də alovlu moizlər etdi, tez-tez müxtəlif bəhanlərlə saxlanıldı, MTN-ə dəvət olundu və s. Aşura günü isə Tale Bağırzadə möhtəşəm bir çıxış etdi və hakimiyyəti sərt tənqid atəşinə tutdu. Yəni onun həbsdən sonrakı fəaliyyəti hakimiyyəti narahat etməyə bilməzdi. Ona görə də Isfəndiyar Mehbalıyev fürsəti əldən buraxmayıb və “qəhrəmanlıq” göstərib. Öz aləmlərində qorxu mühiti yaratmaq, başqalarına mesaj vermək istəyirlər. Düşərgəsindən asılı olamyaraq haqq söz deyənlər, insanları maarifləndirənlər, hakimiyyətin cinayətlərini üzə çıxaranlar “qara siyahı”ya düşür.

Bir daha qeyd edirik ki, bu tipli olaylar cəmiyyətdə nifrəti, aqressiyanı gücləndirir. Inanclı, inancsız hər kəs belə kobudluğa, vəhşiliyə ikrahla yanaşır. Axı Isfəndiyar Mehbalıyevə kim ixtiyar verib ki, Tale Bağırzadəyə əl qaldırır? Isfəndiyar Mehbalıyevin cəmiyyətdə 10 nəfər tərəfdaşını tapmaq olmaz. Amma 1000-lərlə insan Tale Bağırzadəyə hörmətlə yanaşır, onun xütbələrinə qulaq asır və təqdir edir. Deməli, “qəhrəman rəis” bu qanunsuz əməliylə minlərlə insanın heysiyyətinə toxunmuş olur.

Normal ölkədə bu şəxsə ən ağır töhmət verilməli, tutduğu vəzifədən azad edilməlidir. Görünür, Qarabağ qazisi Zaur Həsənovun intihar səbəbinin cəzasız qalması Mehbalıyevi ürəkləndirib.

Qısası, hakimiyyət hər addımda hansı zehniyyətə sahib olduğunu göstərməkdədir. Unutmayaq ki, bir gün hamı əkdiyini biçəcək və tez-tez bu biçinlərin şahidi oluruq./azadlıq/
515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:55