Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2015

Eldar Mahmudovun "Dəmir" adamı tutuldu

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir yaxın adamı həbs olunub.

“Ağdamlı Dəmir” kimi tanınan məşhur avtomobil alverçisi ötən həftə saxlanılıb. Bakının bir neçə mərkəzi yerlərində böyük avtomobil salonları (eləcə də Badamdardakı 3 mərtəbəli “Avtomobil dunyası”nın sahibidir –red.) olan “Dəmir” nazir Eldar Mahmudovun şəriki olub. Məlumata görə, o, ölkədə ən bahalı avtomobillərin satışıyla məşğul imiş.

Onun həbsinə səbəb isə MTN-in iş adamlarına divan tutması prosesində, daha doğrusu, iş adamlarının şikayətlərində adı keçən əsas şəxslərdən biri olmasıdır. Araşdırma zamanı məlum olub ki, MTN-in toruna düşən adamların avtomobillərini məhz “Dəmir” “əridirmiş”. Belə ki, bəzi iş adamları onlardan tələb olunan məbləğləri düzəldə bilməyəndə özlərinin bahalı avtomobillərini təhvil verməyə məcbur olublar. Belə hal olduqda həmin şəxslər “Dəmirə” yönləndirilib. Bundan başqa həm də “Dəmir” bahalı avtomobil alanlar, yəni növbəti hədəf ola biləcək şəxslər barədə MTN-ə məlumatlar ötürürmüş.

Qeyd olunur ki, “Dəmirin” nazirlə çox yaxın münasibətləri olub. Elə bu münasibətlərə görə də, nazir onun oğlunun birinə MTN-də məsul vəzifə hədiyyə edib/aznews/.
382 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24