Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2015

Müharibə veteranı ölkə vətəndaşlığından imtina edir

O, xarici ölkələrdən sığınacaq istəyir

Bakının Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 16-da yaşayan Sahib Mahmudov “Azadlıq”a müraciət edib. Qarabağ müharibəsi veteranı müraciətində torpaq məsələsiylə bağlı problemlə üzləşdiyini söyləyir:

“Müharibə veteranı olduğum üçün mənə dövlət tərəfindən torpaq sahəsi verilib. Qanuni formada özəlləşdirilən torpaq sahəsi şəxsi mülkiyyətimə çevrildi. Lakin Neft Akademiyasının dekanı, özünü imkanlı şəxs kimi tanıdan Ələkbər Həsənov mülkiyyətimi qeyri-qanuni yolla əlimdən alıb. O, xüsusi mülkiyyətimi təsdiq edən rəsmi çıxarışı (kupça) ləğv etdirib özü üçün özəlləşdirib. Mənə təzminat və başqa torpaq sahəsi verilməyib. Mən mülkiyyətimə külli miqdarda pul vəsaiti xərcləmişəm. Lakin maddi vəsaitimin hamısı əlimdən çıxıb. Bütün əlaqədar qurumlara olan müraciətim cavabsız qalıb. Bu şəxsdən niyə qanuna riayət etmədiyini soruşan yoxdur. Mənim hüquqlarım pozulub. Ona görə də bu ölkənin vətəndaşlığından imtina etmək qərarına gəlmişəm. Xahiş edirəm, xarici ölkələrin birində sığınacaq almağım üçün mənə kömək edin”.
340 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı