Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2015

“Qiyamçı” səfir: “AŞ PA-dan ümidimizi kəsməliyik!”

Parlament seçkilərindən sonra Avropa Şurasından Azərbaycana qarşı sərt reaksiyalar gözlənilirdi. Bu gözləntilər qismən özünü doğrultsa da, etiraf etməliyik ki, təxmin olunan səviyyədə reaksiya gəlmədi. Əksinə, əksər AŞ PA müşahidəçiləri seçkiləri müdafiə edən bəyanat verdilər. Daha sonra isə Səməd Seyidovun Avropa Şurasındakı 5 partiyadan birinin rəhbəri təyin olunduğu xəbəri yayıldı. Bu hadisələri necə qiymətləndirmək olar-Avropa Şurasının Azərbaycan hakimiyyətinə dəstəyi kimimi?

Strateq-in suallarını cavablandıran sabiq və “qiyamçı” səfir Arif Məmmədovun fikrincə, demokratik qüvvələr AŞ PA-dan ümidlərini kəsməlidirlər: “Çünki AŞ PA-da toplanan deputatların bir qismi öz ölkələrində belə heç bir nüfuzu olmayan insanlardır və bizim hakimiyyət elə onlara arxalanır. Çoxları 2-3 ildən sonra təqaüdə çaxacaqlar. Ciblərinə bir az pul qoysan, hansı havaya desən, oynayarlar. Seçkilərlə bağlı bütün beynəlxalq qurumlar yalnız ATƏT-in rəyini əsas götürürlər”.

Diplomat AŞ PA-nın bu hala gəlməsində onun indiki rəhbərini günahlandırdı: “Pedro Aqramunt AŞ PA-nın sədri olandan sonra bu qurumu ləğv etmək lazım idi”.
381 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<