Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2015

ABŞ-da qanlı olay: 5 yaralı

ABŞ-ın Kaliforniya Universitetinin Merced tələbə şəhərciyində naməlum şəxs beş nəfərə bıçaqla xəsarət yetirib.

Cinayətkar sonradan polis tərəfindən vurularaq öldürülüb.

Bildirilib ki, əlində bıçaq olan şəxs qəfildən insanlara hücum etməyə başlayıb. Onun hadisəni məqsədli şəkildə törətdiyi bildirilib. Hadisə zamanı universitet rəhbərliyi tələbələrə binadan çıxmamağı tövsiyə edib.

Qeyd edək ki, yaralananlardan ikisinin vəziyyəti daha ağır olub. Onlar dərhal xəstəxanaya çatdırılıb.

Cinayətkarın şəxsiyyəti hələlik müəyyənləşdirilməyib./axar/
408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...