Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2015

Mingəçevirdə mərkəzi bazarın qarşısında qətl törədilib

Mingəçevir şəhərində qətl hadisəsi törədilib.

Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında baş verib.

Ağdam rayonunun Nəmərli kənd sakini, 1985-ci il təvəllüdlü Vəliyev Pərviz İsrafil oğlu Mingəçevir şəhər sakini, 1973-cü il təvəllüdlü Mustafayeva Yeganə Fəxrəddin qızını bıçaqlayaraq qətlə yetirib. P. Vəliyev insanların gözü qarşısında qeyri-rəsmi birgə yaşadığı Y. Mustafayevanın ürək nahiyəsinə 3 bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qətlin motivləri hələ məlum deyil. P. Vəliyev könüllü olaraq Mingəçevir şəhər Polis Şöbəsinə gedərək təslim olub./apa/
393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı