Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2015

Cəlilabad - Yardımlı avtomobil yollarında sürüşmə aktivləşir

Cəlilabad -Yardımlı avtomobil yolunda sürüşmə aktivləşir.

"Report" xəbər verir ki, Cəlilabada bir müddət əvvəl torpaq sürüşməsi səbəbindən çökən Cəlilabad -Yardımlı avtomobil yolunun Pərdi kəndindən keçən hisssəsində son günlər yenidən aktivlik müşahidə olunmağa başlayıb.

Ötən həftə yağıntılar zamanı dağlardan gələn sel-sularının yeraltı suxurlara dolması yol yatağının müəyyən hissəsini yuyub, bəzi ərazilərdə isə sürüşmənin təsirindən iri çatlar əmələ gəlib.

Mövcüd vəziyyət çökmüş yolun ətrafındakı alternativ yolda da müşahidə olunur.
Yerli sakinlərin sözlərinə görə, yaxın günlərədə yağıntıların yenidən başlaması ərazidəki dağ yamacının tamamilə sürüşməsinə səbəb ola bilər. Belə olan halda 40-a yaxın ucqar dağ kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilə bilər.

Torpaq sürüşməsi həyətyanı sahələrdə də müşahidə olunur. Rayonun Pərdi kəndində iri torpaq qatı uçaraq həyətlərə tökülüb. Sürşmə zamanı evlərə və təsərrüfatlara ziyan dəyməyib.
354 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı