Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2015

Suriya böhranı yalnız Suriya xalqının əli ilə həll edilməlidir!

Suriya iqtisadiyyat naziri müavini cənab Həyyan Salman bildirib ki, Vyanadakı iclasda qətiyyən Bəşşar Əsədin taleyi müzakirənin mövzusu qoyulmayıb və bu sadəcə olaraq informasiya vasitələrinin yaydığı şayiələrdir. Əslində, iclasın iştirakçıları olan xarici işlər nazirləri Suriya böhranının həlli barədə 9 maddədən ibarət qərar çıxarıblar və bunun heç birinin Bəşşar Əsədə aidiyyəti yoxdur. Demək olar, iclasa hakim diskussiya İranın təklif etdiyi Suriya dövlətinin statusu qorunmaqla problemin sırf daxili həlli yolunun müzakirəsindən ibarət olub. Buna baxmayaraq iclasdan sonra Fransanın xarici işlər naziri müzakirənin mövzusunu Bəşşar Əsədin prezidentlik müddəti ilə əlaqələndirsə də, Amerika və Rusiya, o cümlədən, Almaniya xarici işlər nazirləri bunu təkzib ediblər. Demək, kimliyindən asılı olmayaraq heç kəsin bu məsələyə qarışmağa ixtiyarı yoxdur və bunu yalnız prezident Bəşşar Əsəd başda olmaqla Suriya xalqının özü həll edəcək. Amma çıxarılan qərar barədə onun Suriyanın mənafeyini tam ödəmədiyini deməliyik. Çünki müzakirələrdə iki mühüm məsələ – terrorist qrupların hamilərinin ölkəmizə dəyən xəsarətin ödənilməsi və ölkənin abadlaşdırılmasına vadar edilməyi, həmçinin, terrorist qruplardan ölkəmizi müharibə şəraitinə sürükləməyin açıq etirafı bizim üçün olduqca böyük əhəmiyyətə malik idi. Halbuki bunların heç birinə azacıq belə işarə olunmadı. İranın bu məsələdə mövqeyi tam şəffafdır və problemin həlli yolunu tamamilə BMT-nin beynəlxalq konvensiyalarına uyğun tənzimlənməsini təkid edir. Bu da ki, dövlətlər tərəfindən müsbət qarşılanır. Odur ki, cənab doktor Zərif Suriya probleminin yalnız siyasi yolla həllinin mümkünlüyünü bildirib və bu da, tam surətdə Suriya xalqına həvalə edilməlidir ta öz taleyi barəsində yekun addımı atsın. Burada son vaxtlar Ərəbistan tərəfindən səslənən fikirlər, o cümlədən, Ali Səudun mürtəce, orta əsrlərə dair düşüncə tərzi tamamilə yersizdir. Onlar güman edirlər ki, öz xalqının neft sərvəti ilə bütün dünyanı satın almağa qadirdirlər. Halbuki bu sərvətlə yalnız özlərinə saray, malikanə tikə bilərlər. Onların daha çox psixi müalicəyə ehtiyacları var. Hal-hazırda hakim klan bir-birinin canına düşüb, aralarında sərt ixtilaf yaşanır və beynəlxalq səviyyədə bu rejimin heç bir etibarı yoxdur. Qoy bunu da deyim ki, Ərəbistan kralının Fransa və Mərakeşə səfəri 500 milyon dollara başa gəlib və bu məbləğlə Qəzzə xalqını 500 gün təmin etmək olardı. Hələ onların böyük fəxrlə Yəmənə təcavüzü uğrunda təşkil etdiyi “Qəti tufan” koalisiyasından hal-hazırda olduqca gərgin şəraitə hakim Məscidül-Əqsaya bir meh də, əsmir, bu müqəddəs diyarı və onun yerli xalqını təhdid edən təpədən dırnağa qədər silahlanmış sionist rejiminə qarşı zərrə qədər də, qeyrət hissi müşahidə olunmur. Ali Səudun Adil əl-Cubeyrdən tutmuş ta başqa rəsmilərinə qədər hər hansı bəyanat və sözü Amerikanın səsidir və onların əlində bir oyuncaqdır, onları istədiyi səmtə yönəldir, istədiyi kimi idarə edir. Odur ki, bu fikir və bəyanatlara heç toxunmağa dəyməz. Amma müzakirənin nəticələrinə gəldikdə isə deməliyəm ki, bu iclas (Vyana 1) Cenevrə 1 və Cenevrə 2-nin üstündən xətt çəkib, həmçinin Moskva 1, Moskva 2, Qahirə 1, Qahirə 2-ni də, tamamilə arxada qoyub. Vyana 1-ə əsasən, bütün dövlət orqanları statusunu qorumaqla konstitusiyaya uyğun ölkəni tam azad seçkilərə doğru yönəltməlidir. Əlbəttə, burada gələn Vyana iclasında iştirak edəcək müxalif qrupların kimliyi əhəmiyyət daşıyır və əlləri silaha dəyən və xalqın qanına bulaşanlar terrorist adlandırılmalıdır. Biz heç vaxt formal müxalifəti rədd etmirik, əksinə, onunla tam razılaşır və hətta hər bir ölkədə bunu zəruri hesab edirik. Bunu Bəşşar Əsədin özü şəxsən dəfələrlə müxalifət qruplarına bildirib və açıq müzakirələrə dəvət edib. Amma ölkəmizə xaricdən soxulub, xalqı didərgin salan, minlərlə qırğın törədən, böyük şəxsiyyətləri terror edənlərlə mövqeyimiz tamamilə başqa cür olmalıdır. Bizim sülhməramlı siyasi cinahlarla heç bir problemimiz yoxdur və hal-hazırda əsas məsələ hamı üçün ölkənin milli mənafeyi olmalıdır. Rəylər və fikirlərdə fərqlər təbiidir və bu da, heç kimi narahat etmir və bunu müzakirə yolu ilə həll etmək çətin deyil. Nəhayət qənaət budur ki, Suriya böhranı yalnız daxili məsələ kimi bu xalqın öz əli ilə həll edilməlidir, vəssalam.


Nur-az.com/camecamonline
538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:11