Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2015

Əl-Kəbi: Qasim Süleymani İslamın nümayəndəsidir!

Nur-az.com alalam.ir-a istinadən:
İraq əl-Nücəba cərəyanın baş katibi şeyx Əkbər əl-Kəbi “alsumaria.tv/news” kanalının “Gözlənilməz” verilişində bildirib ki, Qasim Süleymaninin ölkə səviyyəsində İslam Müqavimət qrupları arasında təşkilat və rabitənin formalaşmasında, o cümlədən, könüllü xalq qüvvələrinin səfərbərliyində böyük rolu vardır. Üzərimizə düşən bir vəzifə kimi başda İran olmaqla ölkəmizi himayə edən hər bir tərəfə öz minnətdarlığımızı bildirməliyik. Birdə ki, Süleymani təkcə İranın nümayəndəsi deyil, daha doğrusu, onun birbaşa Dünya Müsəlmanlarının Rəhbəri ilə əlaqəsi bu şəxsin İslam və müsəlmanların nümayəndəsi olduğunu göstərir. Burada İranın Sepah korpusu da, təkcə İranın yox, bütün dünya üzrə İslam İnqilabının keşiyində durur. Həmçinin Ali Rəhbərə itaət vətənə borc və vəfadarlıqla heç bir ziddiyyət təşkil etmir, əksinə, onu daha da, artırır. Ali Rəhbər Ayətullah Xameneinin beynəlxalq səviyyədə mövqeyi bütün məzlum xalqların, o cümlədən, Fələstin, Livan və İraqda Müqavimətin hamisi və dayağıdır.
485 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...