Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2015

ABŞ-da təyyarə qəzası

ABŞ-ın Corciya ştatında “Piper Cherokee” tipli yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

TASS agentliyinin verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb.

ABŞ Federal Aviasiya İdarəsinin (FAİ) məlumatına əsasən, təyyarə Fort-Pirsdən (Florida ştatı) Haberşem dairəsinə (Corciya ştatı) uçurmuş. Onun Atlanta şəhərindən 120 km şimal-şərqdə meşəlik ərazidə yerə düşdüyü bildirilir.

Qəzanın səbəbləri hələlik məlum deyil. FAİ ölənlərin şəxsiyyətini müəyyənləşdirir./apa/
408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber