Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2015

Şirvandakı silahlı insidentin bəzi təfərrüatları məlum oldu

Şirvan şəhərində silahlı insident baş verib.

Hadisə saat 23.00 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən kafedə, kriminal aləmin üzvlərinin mübahisəsi (“razborka”) zəminində baş verib.

“Makarov” tipli silahdan açılan atəş nəticəsində Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu və 1983-cü il təvəllüdlü Nəziyev Elvin Zamanəli oğlu (kriminal aləmdə “krıtıy Elvin” kimi tanınan) qətlə yetirilib.

Birinci şəxs hadisə yerində ölsə də, sonuncu Şirvan şəhər xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hadisənin baş vermə səbəbləri və təfərrüatları araşdırılır./apa/
395 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:20
<