Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2015

Ziya Məmmədov "boynu yoğunlar"ı küçələrdən yığışdırdı

Nəqliyyat Nazirliyi yollardan yığışdırılan müfəttişlərin aqibətilə bağlı məsələyə aydınlıq gətirib.

Qurumun sözçüsü Namiq Həsənov bildirib ki, artıq ötən aydan Nəqliyyat Nazirliyinin müfəttişlərinin yollarda fəaliyyətinə xitam verilib və bundan sonra onlar fəaliyyət göstərməyəcəklər: “Hazırda müfəttişlərin bundan sonra Nəqliyyat Nazirliyində hansı işlərlə məşğul olması məsələləri araşdırılır və yeni fəaliyyətləri müəyyənləşdirilir. Əmək qanunvericiliyinə uyğun olaraq onların fəaliyyətləri müəyyən ediləcək. Razılaşan qalıb işləyəcək, istəməyən də öz ərizəsi ilə işdən gedəcək. Hazırda müfəttişlərin siyahısı müəyyənləşdirilir. Gələn həftə konkret olaraq müfəttişlərin fəaliyyəti ilə bağlı ictimayyətə ətraflı məlumat veriləcək”./XəzərNews/
408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber