Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2013

“Elşad Abdullayev hər yerdə bir məbləğ yazır”

Gülər Əhmədovanın vəkili: “Elşad Abdullayev hər yerdə bir məbləğ yazır”
Sabiq deputat, məhkəmə hkmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilən Gülər Əhmədovanın vəkili Əfsər Talıbov müdafiə etdiyi şəxsə verilən cəza ilə bağlı müzakirələrə münasibət bildirib. Musavat.com xəbər verir ki, vəkil bu barədə Facebook-da yazıb. Onun yazdıqlarını təqdim edirik:

“Bu günlərdə ölkə mətbuatında Gülər Əhmədovaya Cinayət Məcəlləsinin 178.3.2 - ci maddəsində nəzərdə tutulduğundan daha az cəza verilməsi barədə bir çox yazılar və müsahibələr öz əksini tapmaqdadır. 

Gülər xanıma Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilib ki, bu da 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Amma bu, ittihamın və məhkəmənin səlahiyyətindədir. Həm istintaq, həm məhkəmə orqanı Gülər xanımın əməlində ağırlaşdırıcı hal müəyyən etmədilər. Ancaq yüngülləşdirici hal müəyyənləşdirdilər. Bu yüngülləşdirici hal, eləcə də himayəsində azyaşlı uşaq olduğu üçün Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etdilər. Həmçinin Gülər xanımın barəsində olan hökmdə 3 səhifə həcmində onun ictimai-siyasi və pedaqoji fəaliyyəti ilə bağlı müsbət hallar göstərilmişdir. Gülər xanıma təyin olunmuş cəza barədə yazan mətbuat nümayəndələri, rəy verən hüquqşünaslar cinayət işindən xəbərdar deyillər. Bu, pasiyentini görməyib telefonla ona diaqnoz qoyan həkim məsləhətinə bənzəyir. Sübut nədir o işdə? Video, şahid ifadələri, SMS-lər, telefon zəngləri. Video gizli çəkiliş olduğu üçün qeyri-qanunidir, şahid ifadələri tam ziddiyyətlidir və Sevinc Babayevanın - yəni ölmüş adamın adından verilib. Qanunvericilik də onu sübut növü kimi götürməyə icazə vermir. Başqa şəxsin adından danışırlar. O da Azərbaycan Respublikası CPM-in 126.3-cü maddəsinin tələblərinə görə, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna biləcəyi halda cinayət işinin materiallarında həmin ifadələrin sübut növü kimi qəbul edilməsi barədə məhkəmə qərarı alınmamışdır. Şahid ifadələri ziddiyyətlidir. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinin tələblərinə görə isə cinayət və cinayət-prosessual qanunlarını tətbiqində aradan qaldırılmamış şübhələr də təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunmalıdır. Qanunda da göstərilir ki, bu cür ziddiyyətli ifadələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni adam öz ifadələrində fərqli danışırsa, bu, ziddiyyətdir. Bunu məhkəmədə də özünüz müşahidə etdiz. Azərbaycan Respublikası CM-nin 178.3.2 maddəsində də konkret göstərilib ki, kimsə kimisə aldadaraq, onun etibarından sui-istifadə etməklə onun əmlakına yiyə durur. Bu işdə də 3 nəfər var. Elşad Abdullayev dindirilməyib, bir ərizə göndərib. Həmin ərizədə bir məbləğ yazır, prezidentə müraciətində başqa bir məbləğ, AŞ PA-ya ərizəsində başqa məbləğ. Sən eyni adamsansa, pulu hər dəfə niyə fərqli məbləğ yazırsan? Prokurorluğa müraciətində 1 milyon, cənab Prezidentə müraciətində 2 milyon, AŞ PA-ya yazdığında isə 1 milyon 300 min dollar verdiyini iddia edir. Hətta KİV-lərdə 1 milyon 500 min dollar verdiyini də deyir. Bu məbləğin hansı düzdür? SMS-lər isə məhkəmədə tədqiq olunmadı, tərəfimizdən təqdim olunan SMS-lərə baxılmadı, telefon zəngləri isə heç bir məna kəsb etmir.

Gülər Əhmədovaya Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2 dekabr 2013 - cü il tarixdə çıxarılmış hökmdən sadəcə bir hissə. Buyurun oxuyun və Gülər Əhmədovanın şəxsiyyətinə sizdə qiymət verin!”.


  • Gülər Əhmədovanın vəkili: “Elşad Abdullayev hər yerdə bir məbləğ yazır”  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir224/img1523088.jpg' target='_blank'>Yüklə</a>
1605 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber