Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2015

Əli Kərimli Elçin Qasımovun həbsini pislədi

AXCP sədri Əli Kərimli Facebook səhifəsində “Müsəlman Birliyi Hərəkatı”nın İdarə Heyətinin sədri Elçin Qasımovun həbsinə münasibət bildirib:

“Elçin Qasımovla qurultayımız zamanı tanış oldum. Hacı Talenin adından qurultayımızı o təbrik etmişdi. Çox yaxşı çıxış etdi. Çıxışı ilə tək mənim yox, əksər qurultay iştirakçılarının rəğbətini qazandı. Savadlı, əqidəli, imanlı, cəsarətli gənc siyasətçi təəssüratı yaratdı məndə. Heç şübhəsiz ki, hökumətin də “diqqətini” bu keyfiyyətlərinə görə cəlb edib. Əlbəttə ki, onun 30 sutka müddətinə həbsi qanunsuzdur. Tale Bağırzadəyə qarşı polis idarəsindəki zorakılığı, Elçin Qasımovun və Müsəlman Birliyi Hərəkatının dünən saxlanılmış digər fəallarının həbsini pisləyirəm. Ölkədə hər bir vətəndaşın sərbəst toplaşmaq, dinc etiraz etmək hüququna hörmət olunmalıdır. Hökumət repressiyaları dayandırmalıdır. Ümid edirəm ki, inanclı vətəndaşlarımız da indiyə qədər olduğu kimi, bundan sonra da hökumətə siyasi prosesləri zor müstəvisinə keçirməyə bəhanə verməyəcəklər”.
424 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:39
<