Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2015

Tale Bağırzadə Şeyxlə Səyyad Aranı üz-üzə qoydu

“Mənim bildiyimə görə, Hacı Tale Bağırzadənin Qafqaz Müsəlmanları İdarəsinə dəxli yoxdur”.

Bu açıqlamanı QMİ Qazilər Şurasının üzvü, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli verib.

Həsənli bildirib ki, Hacı Tale Bağırzadənin rəhbərlik etdiyi Müsəlman Hərəkatı Birliyi QMİ-nin tabeliyində deyil:

“Mən hazırda Bakıda olmadığıma baş verənlərdən xəbərim yoxdur. Ancaq onu deyə bilərəm ki, Qafqaz Müsəlmanları İdarəsi müxtəlif dini qurumların fəaliyyətini tənzimləsə də Hacı Tale Bağırzadə müstəqil fəaliyyət göstərir. Onun özünə və ya təşkilatına Qafqaz Müsəlmanları İdarəsi cavabdeh deyil. Çünki Hacı Taleh bizim tabeliyimizdə deyil”.

Xatırladaq ki, Dini İşlər üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran modern.az-a açıqlamasında MHB-ninn İdarə Heyətinin sədri Elçin Qasımlının həbsi ilə bağlı baş vermiş hadisələrin QMİ-yə aid məsələ olduğunu deyib:

“Tale Bağırzadə dini qrupun lideridir. Onun fəaliyyətini daha çox Qafqaz Müsəlmanları İdarəsi tənzimləyir, əlaqələndirilir. Çünki o, sırf dindardır. Hansısa dindarın fəaliyyəti ilə bağlı məsələnin bizə dəxli yoxdur. O, nə bizim kadrımız, nəzarətimizdə olan birlik, nə də hansısa rayon təşkilatımızın sədridir”, - Səyyad Aran bildirmişdi./cebhe.info /
1123 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59