Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2013

Pomidorun faydaları

Bu tərəvəzin qiymətliliyi onun az kaloriliyindədir. Belə ki, hər 100 qramında 22 kk enerjisi var. Buna görə də bədən formanıza mənfi təsir etməsindən qorxmayın. Pomidor kosmetik vasitə kimi də köməyə gəlir. Belə ki, bu tərəvəz dərinin cavanlaşmasında mühüm rol oynayır. Pomidor A,B,B2 B6,C,E,K,PP, beta keratin kimi vitaminlərlə yanaşı, kalium, kalsium, sink, fosfor, maqnezium və dəmirlə zəngindir. İsti emal olunduqda belə, pomidor faydalı xüsusiyyətlərini itirmir, yəni pomidoru tomat, ketçup, konserv halında da rahat-rahat yeyə bilərsiniz. Pomidora qırmızı rəng verən likopen adlı antioksidant xərçəng xəstəliklərində əvəzolunmaz vasitədir. O, həm də beynin işini yaxşılaşdırır. Bu antioksidantın sutkalıq miqdarını əldə etmək üçün 0.5 kq. pomidor yemək kifayətdir. Pomidor şirəsi mədə şirəsinin istehsalına təsir göstərir, ürəyin işini yaxşılaşdırır. Pomidorun tərkibində limon və alma turşusu maddələr mübadiləsi və iştahanın artırılması üçün faydalıdır. Pomidor orqanizmi günəş şüalarının mənfi təsirindən qoruyur.
1667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42