Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2015

Hansı nazir kirayədə yaşayır?..

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun kimdən nə qədər pul aldığı indi çox az adamı maraqlandırır. Artıq hamı başa düşür ki, ötən 11 ildə biz ancaq Allahın mərhəməti sayəsində sağ qalmışıq. Eldar Mahmudovun başı reketçilik edib pul qazanmağa qarışanda bizi xəta-bəladan Yaradan özü hifz edib.

Eldar Mahmudovun adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. Hər gün MTN əməkdaşlarının daha bir fırıldağının üstü açılır. Beş-on gün əvvələ kimi Eldar Mahmudovun adını eşitməyən adamlar da indi bu barədə danışırlar. Hesab edirəm ki, MTN-də aparılan ifşa əməliyyatı təkcə keçmiş nazirin qanunsuz əməllərinin deyil, həm də bəzi həqiqətlərin üzə çıxmasına səbəb oldu. Şəxsən mən Azərbaycan insanının bu qədər sadəlövh olduğunu bilmirdim. Adam tanıyıram ki, mətbuatda Eldar Mahmudovun üçmərtəbəli villasımnın şəklini görəndə təəccübdən az qalıb gözləri kəlləsinə çıxsın. Yoxsa, elə bilirdiniz Eldar müəllim kirayədə yaşayır?

Aydın məsələdir ki, Eldar Mahmudovun zövqsüz tikilmiş villası onun sahib olduğu var-dövlətin heç bir faizini də təşkil etmir. Ümumiyyətlə, belə villalarla indi ancaq sadəlövh adamları təəccübləndirmək mümkündür. Nəinki nazirlər, komitə sədrləri, hətta ən kasıb rayonların polis rəisləri də belə dəbdəbəli villalara sahibdir. Dövlət Gömrük Komitəsində adi müfəttiş işləyən adam da təyinatının üstündən bir il keçməmiş özünə dörd-beş mərtəbəli ev inşa etdiir. Guya, digər nazirlərin villası yoxdur? Bəlkə Kəmaləddin Heydərov, Ziya Məmmədov, Rövnəq Abdullayev kirayədə yaşayır? Adı ayda-ildə bir dəfə jurnalistlərin yadına düşən Heydər Əsədovun bir müddət əvvəl Binəqədi rayonunda tikdirdiyi villa Eldar Mahmudovun qorxunc istehkam qurğularını xatırladan məlum villasından iki dəfə böyükdür. Mətbuat düz bir ay Ziya Məmmədovdan yazsa da, onun sahib olduğu daşınmaz əmlakın tam siyahısını ortaya çıxara bilmədi. Kəmaləddin Heydərovun sahib olduğu mal-mülk barədə isə artıq rəvayətlər uydururlar.

P.S. Mən demirəm ki, Eldar Mahmudovun haram pulla tikdirdiyi villasından yazmayaq. Hər bir insanın, o cümlədən də Eldar müəllimin bütün qanunsuz əməllərinə həm hüquqi, həm də mənəvi qiymət verilməlidir. Demək istədiyim odur ki, bu ölkədə Eldar Mahmudovdan qat-qat varlı olan nazirlər də var.
Arada onları da yada salmaq lazımdır...

Seymur Verdizadə
1257 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<