Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2015

"Hökumətimiz “islamçı ovu”na başlayıb"

Hakimiyyətin sayəsində hər gün komediyalar aləminə səyahət edirik. Bəlkə də bunu “fəlakətlər aləmi” də adlandırmaq olar. Amma rejim komandası ciddi aktyorlardan təşkil olunmadığı üçün, biz də janrı “komediya” kimi təqdim edirik.

Biz uzun illərdi ki, “dövlət” və “hökumət” anlayışlarının əsl mənasını unutmuşuq. Hökumət bizə inandırmağa çalışıb ki, dövlət “gəlir gətirən obyekt”, hökumət isə “biznes dəstəsi” deməkdir. Yəni, bu obyekti işlədərək bir qrup biznesmen pul qazanır. Əks halda bu qədər məsuliyyətsiz, qeyri-ciddi, absurd bir idarəetmə ilə üz-üz qalmazdıq.

Əvvəlcə, ölkənin milyardlarını havaya sovurub, “Avropa oyunları” keçirdilər. Bir tərəfdən bu tədbirin ölkədə keçirilməsini “uğurlu inkişaf” kimi təqdim etdilər, digər tərəfdən Avropanı faşizmdə, islamafobiyada, ikilstandartlarda ittiham etdilər. Bəli, bəh-bəhlə Avropanın adın daşıyan bir tədbirə ev sahibliyi etdikləri vaxtda, Avropanın ən təhlükəli qitə olduğunu da sübut etməyə çalışdılar. Yəqin ki, dünya tarixi bu boyda “fenomen”ə şahidlik etməmişdi.

Amma hökumətimizin bu “cığal uşaq” xarakteri təkcə “Avropa oyunları”na münasibətlə məhdudlaşmır. YAP hakimiyyəti “bizim Qarabağ boyda dərdimiz var” şüraı ilə 22 ildir “kross” qaçır. Amma hər addımda Qarabağ qazilərinin intihar həddinə çatdığının, şərlənərək həbsə atıldığının şahidi oluruq. Üstəlik, söydükləri Avropanın oyunlarına 8 miylard pul xərcləyən hakimiyyət, Qarabağda həyatını və sağlamlığını itirənlərin ailələrinə “qan pulu” ödəməkdən imtina edib.

Bizim hökumətimizin belə kəlləmayallaq işləri çoxdur. Son günlər ölkədə baş verənlər isə ümumiyyətlə anlaşılmazdı. Bildiyiniz kimi 2017-ci ildə ölkəmizdə “İslam Həmrəyliyi Oyunları” keçiriləcək. Bəli, hökumətimiz islam dininə etiqadını , kamil imanlı bir hökumət olduğunu nümayiş etdirmək üçün bu oyunlara ev sahibliyi etmək öhdəliyi götürüb. Artıq “İslam Həmərəyliyi Oyunları”nın konkret hansı tarixdə keçiriləcəyi də məlum oldu və hazırlıqlara start verildi.

Amma yenə də hökumətimiz bizi təəccübləndirməyə davam edir. Belə ki, son günlər dindarların kütləvi həbsi, ilahiyyatçı alim Tale Bağırzadənin polis idarəsində döyülməsi gündəmə gəldi. Ötən gün isə 20-dən artıq inanclı şəxs saxlanılaraq Sabunçu rayon polis idarəsəinə aparıldı və həbslərin davam edəcəyi bildirilir.

Göründüyü kimi hökumətimiz “islamçı ovu”na başlayıb və müxtəlif ittihamalarla inanclı insanları zərərsizləşdirmək planı işə düşüb. Bəli, 2017-ci ildə “İsalm Həməryliyi Oyunları”nın keçiriləcəyi ölkədə, 2015-ci ilin sonlarına yaxın isalma qarşı həmrəylik siyasəti yürüdülür. Bəlkə, həqiqətən də bu oyunların adı “İslama Qarşı Həmrəylik Oyunları” dır?

Çünki, “İslam Həmrəyliyi Oyunları”nın vaxtı məlum olan kimi, islamçılara qarşı aqressiv münasibət sərgiləndi. Beləliklə, hökumət hal-hazırda anti-islam oyunlarına ev sahibliyi etməyə başlayıb. Bundan əvvəl hicab məsələsi gündəmə gəldi, ardınca Aşura günündə islamçılar

həbs olundu, sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirdi ki, məscidlərdən dini bayraqlar yığışdırlacaq.

Necə ki, Avropanı söyə-söyə “Avropa oyunları” keçirdilər, eləcə də islamçıları döyə-döyə “İslam Həmrəyliyi Oyunları” keçirməyə hazırlaşırlar. Bəli, bu ölkəni “Absurdlar ölkəsi”nə çeviriblər.

Avropa liderləri “Avropa oyunları”nı boykot etdiyi kimi, İslam ölkələrinin liderləri də “İslam Həmrəyliyi Oyunları” nı boykot edəcək.

Sonda əməli saleh hökumətimizə demək istəyirəm ki, bu qədər absurdlara imza atdıqdan sonra, tamam fərqli bir tədbir keçirmək lazımdı. Yuxarıda sadaladıqlarımız da göstərir ki, bu ölkədə möhtəşəm bir “Absurd Həmrəyliyi Oyunları” keçirmək lazımdı. Hökumətimiz buna tam hazırdı və kifayət qədər təcrübəsi var.

İlham Hüseyn /azadlıq
684 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:43
Suriya ordusu hücuma